Ali Rada baş nazirin müavini - Ukraynanın nəzarət olunmayan ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşçukun istefasını təsdiqləməyib.
Tezadlar.az xəbər verir ki, bunu ukraynalı deputat Yaroslav Jeleznyak bildirib.
Jeleznyakın sözlərinə görə, onun işi ilə bağlı heç bir hesabat olmayıb. Təklif tələb olunan 226 səsdən 214-ü toplayıb.
Bundan əvvəl Ali Radanın rəhbəri Ruslan Stefançuk bildirib ki, Kuleba istefa ərizəsini təqdim edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kulebanın mümkün istefasının Kiyevlə danışıqlar prosesinin perspektivlərinə təsir etməyəcəyini bildirib.
E.ŞİRİNOV