Rusiya hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində daha bir Ukrayna pilotsuz təyyarəsini məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 5-də Moskva vaxtı ilə saat 10:15 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus pilotsuz uçuş aparatı Kursk vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib", - məlumatda deyilir.
Bundan əvvəl nazirlik bölgədə üç pilotsuz təyyarənin məhv edilməsi barədə məlumat vermişdi.
E.ŞİRİNOV