Bloger-jurnalist Yuri Dud (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) xarici agentin fəaliyyəti ilə bağlı proseduru pozduğuna görə onun 40 min rubl cərimələnməsi qərarından şikayət edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Taqanski Məhkəməsinin saytında bildirilir.

“Məhkəmə Dudun Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 4-cü hissəsinə (xarici agentin fəaliyyəti qaydasını pozma) uyğun olaraq inzibati xəta törətməkdə təqsirli bilinməsi barədə qərardan şikayət qəbul edib. Belə ki, ona 40 min rubl məbləğində inzibati cərimə tətbiq edilib", - qurumun saytında deyilir.

Məhkəmə avqustun 8-də jurnalisti internetdəki nəşrlərdə xarici agent işarələrinin olmaması səbəbindən cərimələyib.

Qeyd edək ki, 15 aprel 2022-ci ildə Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Dudyanı xarici agent kimi tanıyıb. 2022-ci ilin yayında Moskva məhkəməsi onu yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi cinsi əlaqəni təbliğ etdiyinə görə cərimələyib. O, İnzibati Xətalar Məcəlləsinin 6.21-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN