İranın Beyrutdakı səfirliyi “The New York Times” (NYT) qəzetinin Livanda rabitə vasitələrinin partlaması nəticəsində İslam Respublikasının səfiri Müctəba Əmaninin görmə qabiliyyətini itirməsi ilə bağlı məlumatını yalan adlandırıb.

“Biz həmyerlilərimizə və media nümayəndələrinə məlumat veririk ki, səfir Amani ilə bağlı müalicə prosesi yaxşı gedir. Cənab Amani-nin fiziki vəziyyəti və görmə qabiliyyəti ilə bağlı yayılan şayiələr yalandır”, - X diplomatik missiyasının bəyanatında deyilir.

Qeyd edək ki, daha əvvəl “NYT” İran İslam İnqilabı Keşikçiləri Korpusundakı mənbələrə istinadən xəbər vermişdi ki, səfir bir gözünü itirib, digərini isə ciddi zədələyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN