Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü ərəfəsində ənənəvi olaraq qan köçürülməsinə ehtiyac duyan vətəndaşlarımıza dəstək vermək məqsədilə sentyabrın 18-də könüllü qanvermə aksiyası təşkil olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, aksiya qurumun mərkəzi aparatı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Hərbi Prokurorluq, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, eləcə də rayon, şəhər prokurorluqları və ərazi hərbi prokurorluqlarının əməkdaşlarının iştirakı ilə keçirilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının birgə təşkilatçılığı ilə reallaşdırılan aksiyada ümumilikdə 190 prokurorluq əməkdaşı iştirak edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN