Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 4 nəfərin bank kartlarından, ümumilikdə, 1420 manat pul oğurlamaqda, 10 nəfərin isə 2500 manata yaxın vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 24 yaşlı S.Abbasov müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, digər əməliyyat tədbirləri nəticəsində daha 6 nəfərin, ümumilikdə, 9 min manatdan çox vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 51 yaşlı Ş.Alxasov və 44 yaşlı V.Əliyev saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN