Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində "Çin dili" kursunun açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, mərasimdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Din Tao, hərbi attaşesi Van Ley və digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər iki ölkə arasında əlaqələrin hər keçən gün möhkəmlənməsindən bəhs edib, kurs iştirakçılarına uğurlar diləyiblər.
Mərasimin bədii hissəsində qonaqlara Çin milli rəqsi və "Çay sənəti" tamaşası təqdim olunub.
Milli Müdafiə Universitetində keçirilən "Çin dili" kursu dekabrın 30-dək davam edəcək.
R.XUDATQIZI