Tbilisi meri və hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze respublika prezidenti Salome Zurabişvilinin impiçmentinin məqsədini açıqlayıblar.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

Onun sözlərinə görə, Zurabişvilinin impiçmenti ölkənin əsas qanunlarının növbəti dəfə pozulmasının qarşısını alacaq. O əlavə edib ki, onun keçmiş prezident deyil, istefa vermiş biri hesab edilməsi vacibdir.

“Belə statusa malik olan şəxsin konstitusiyanı pozması təəssüf doğurur. O, konstitusiyanın keşiyində duran ilk şəxs olmalıdır”, - Kaladze bildirib.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirmişdi ki, Zurabişvilinin impiçmenti hakim partiyanın parlamentdə yüz mandata malik olması şərti ilə həyata keçiriləcək. O əlavə edib ki, prosedur simvolik xarakter daşıyır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN