Braziliya prezidentinin xarici siyasət üzrə baş müşaviri Selso Amorim bildirib ki, Rusiyaya qarşı sanksiyalar effektiv təsir vasitəsi deyil və bir nəticəyə gətirib çıxarmayacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Almaniyanın "Spiegel" jurnalı yazır.

O, Braziliyanın Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinə tərəfdar olub-olmaması sualına cavab verib. Braziliyalı siyasətçi aydınlaşdırıb ki, ölkə bu məsələdə Qərbin mövqeyini bölüşmür. O, Braziliya ilə Rusiya arasında dostluq münasibətlərinə və düşmənçiliyin olmamasına işarə edib.

Amorim əlavə edib ki, Moskvaya qarşı məhdudiyyətlərdən ən çox Qərbi Avropa əziyyət çəkir, Rusiya iqtisadiyyatı isə inkişaf edir.

Bundan əvvəl Amorim Qərb ölkələrinin Rusiyaya qarşı artan sanksiyalarını və Kiyevə silah göndərilməsini pisləyib və qeyd edib ki, bu hərəkətlər Ukraynada sülhün əldə olunmasına kömək etməyəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN