Ukraynalı hərbi əsir Dmitri Rutkovski deyib ki, onu və əsgər yoldaşlarını aldadaraq Kursk vilayətinə gətiriblər.

Tezadlar.az xəbər verir ki, Rutkovskinin dindirilməsinin videosunu Rusiya Müdafiə Nazirliyi yayıb.

"Sentyabrın 29-da “MaxxPro” markalı maşınla əsgərlərə və piyadalara su və yemək aparırdım. Biz minaya düşdük. Maşından düşdük, eniş yerinə qaçdıq və düz sizin oğlanların yanına gəldik. Dedilər: “Təslim ol!” Əllərimizi qaldırıb təslim olduq. Mənə belə münasibət bəslədikləri üçün onlara təşəkkür edirəm”, – Rutkovski deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin yaraqlıları çətin ki, hərbi əsirlə bu cür rəftar etsinlər. Rutkovski qeyd edib ki, onun batalyonu əsasən yaşı 50-dən yuxarı olan şəxslərdən ibarətdir.

Rutkovski səfərbərlik yolu ilə Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulduğunu vurğulayıb. O əlavə edib ki, onlar bir neçə dəfə poliqona göndərilib, bundan sonra təlim başa çatıb. Ukraynalı hərbi əsir qeyd edib ki, onu və həmkarlarını aldadaraq Kursk vilayətinə gətiriblər. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində böyük itkilər var. Bundan əlavə, Rutkovski bütün Ukrayna əsgərlərinin ərazi əldə etmə mərkəzinə qarşı olduğunu vurğulayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA