İranın qonşuları Tehranı əmin ediblər ki, onlar İsrailə kömək etmək və İslam Respublikasına cavab zərbələri endirmək üçün öz əraziləri ilə təmin etmək istəmirlər və bu niyyətdə deyillər.
Tezadlar.az SNN telekanalına istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.
"Bütün qonşularımız bizi əmin ediblər ki, İran İslam Respublikasına qarşı öz ərazilərindən və hava məkanından istifadə etməyə icazə verməyəcəklər", - XİN rəhbəri deyib.
Bundan əvvəl İranın BMT-dəki daimi nümayəndəliyi İsrailin İrana mümkün zərbə endirəcəyi təqdirdə ABŞ-ın potensial itkilərə görə məsuliyyət daşıyacağına dair bəyanat yayıb.
E.ŞİRİNOV