İsrail aviasiyası radikal şiə islamçı qrup “Hizbullah”ın dəniz bazasına hücum edib.
Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) Telegram-da məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Beyrutdakı “Hizbullah”ın silah anbarlarına, komanda mərkəzlərinə və əlavə terror obyektlərinə zərbələr endirib”, - nəşr yazır.
İMQ ofisi bildirib ki, vurulan hədəflərdən bəziləri yeraltı olub, onlara hava və dəniz texnikası da daxildir.
Bundan əvvəl İsrail təyyarələri “Hizbullah”a bağlı “Qard Əl-Həsən” maliyyə təşkilatının binasını vurmuşdu.
E.ŞİRİNOV