İrlandiyalı jurnalist Çey Bouz Rusiya prezidenti Vladimir Putinin Ukraynanın nüvə silahına malik olması ilə bağlı açıqlamasına cavab verib.

Tezadlar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində dərc olunan yazısında bəhs edib.

“Vladimir Putin Ukraynanın nüvə silahı ilə bağlı Rusiyanın mövqeyini açıq şəkildə ifadə etdi. Bu, heç vaxt baş verməyəcək”, – Qərb jurnalisti yazıb.

Daha əvvəl Putin bildirib ki, Rusiya heç bir halda Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Onun sözlərinə görə, bu cür silahların yaradılması ilə bağlı istənilən addım “müvafiq reaksiya ilə qarşılaşacaq”.

Bundan əvvəl məlum olub ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşü zamanı ona seçim qarşısında qoyub: ya respublika nüvə silahına malik olmalıdır, ya da NATO-ya üzv olmalıdır. Dövlət başçısı vurğulayıb ki, yalnız belə tədbirlər Kiyevin təhlükəsizliyini təmin edə bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN