Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri Livanın cənubunda şiə “Hizbullah” hərəkatının 70-ə yaxın döyüşçünü məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

“Son sutka ərzində qüvvələrimiz qurudan və havadan həyata keçirdiyi əməliyyatlar zamanı 70-ə yaxın terrorçunu məhv edib”, - deyə məlumatda bildirilir.

Bəyanatda qeyd edilir ki, son iki gündə üç “Hizbullah” komandiri də öldürülüb. Bundan əlavə, İsrail hərbçiləri şiə hərəkatının yeraltı obyektlərini və bir neçə silah anbarını, o cümlədən raketlər və tank əleyhinə raket sistemlərini aşkar edərək məhv ediblər.

Qeyd edək ki, sentyabrın 23-də İsrail “Hizbullah” birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı Livan ərazisində şiə təşkilatının hərbi hədəflərinə irimiqyaslı hava zərbələri endirib. Oktyabrın 1-nə keçən gecə isə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN