Sentyabrda yoxa çıxan kişinin meyiti Moskva vilayətinin Stupino şəhər rayonundakı tövlədə tapılıb.
Tezadlar.az xəbər verir ki, REN TV-nin mənbəsinin verdiyi məlumata görə, o, sentyabrın ortalarında evdən çıxıb və əlaqə saxlamayıb.
Yaxınları mərhumun şəxsiyyətini onun geyimi və xarakterik döyməsi ilə müəyyən edə biliblər. Onların sözlərinə görə, kişi sağlığında tez-tez spirtli içki qəbul edib.
Polis hələ də meyitdə zorakılıq əlamətləri görməyib. Onlar da ölümün səbəbini müəyyən etməkdə çətinlik çəkiblər.
Kişinin öldüyü tövlə onun bağçasında yerləşir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün hallarını araşdırır.
E.ŞİRİNOV