ABŞ prezidentliyinə namizəd Donald Tramp İsrailin Qəzza zolağı və Livanda müharibəsini dayandırmaq niyyətini bəyan etməklə qeyri-səmimi davranır.
Tezadlar.az RİA Novosti-yə istinadən yazır ki, bu barədə ABŞ-da yaşayan livanlı politoloq Əli Mənsur bildirib.
Onun sözlərinə görə, strategiya ölkənin hazırkı prezidenti Co Baydenin İsrailə qeyri-məhdud yardımı fonunda seçilib.
“Bayden HƏMAS və “Hizbullah”ı məhv etmək və İrana daha da zərbə endirmək üçün hərəkətlərdə İsraili dəstəkləməsinə baxmayaraq, siyasi hiyləgərliyi ilə ərəb səslərinin bir hissəsini qazanaraq, onların bir çoxunu aldadıb sülh adamı olduğuna inandırdı”, - deyə o vurğulayıb.
Əvvəllər bildirilirdi ki, Tramp ölkə başçısı postuna seçiləcəyi təqdirdə, Ukraynadakı Yaxın Şərqdəki münaqişələrin həllini sürətləndirməyə başlayacaq.
E.ŞİRİNOV