Saratov vilayətində pilotsuz uçuş aparatlarından (PUA) hücum təhlükəsi elan edilib.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Roman Busargin öz Telegram kanalında məlumat verib.

"Müdafiə Nazirliyindən PUA-nın mümkün hücumu təhlükəsi barədə məlumat daxil olub", - qubernator deyib.

O əlavə edib ki, rayonda bütün resurslar tam hazır vəziyyətdədir və sakinləri sakit olmağa çağırıram.

Sonuncu dəfə avqustun 26-da dronlar Saratov vilayətinə hücum etməyə cəhd ediblər. Daha sonra PUA-lar Engels və Saratovda çoxmərtəbəli binalara hücum edib. Ümumilikdə bölgə üzərində 10 pilotsuz təyyarə vurulub.

Saratov vilayəti cənubda Volqoqrad vilayəti, qərbdə Voronej və Tambov vilayətləri, şimalda Penza, Samara və Ulyanovsk vilayətlər, şərqdə isə Orenburq vilayəti ilə həmsərhəddir. Bölgədən Moskvaya qədər olan məsafə min kilometrə yaxındır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN