Rostov vilayətində 16 pilotsuz təyyarə vuruldu.

Tezadlar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vasili Qolubev Telegram kanalında bildirib.

O, pilotsuz təyyarələrin Novoşaxtinsk, Kamensk və Ust-Donetsk vilayətində məhv edildiyinə aydınlıq gətirib. Tələfat və dağıntı olmayıb. Qolubev əlavə edib ki, hava hücumundan müdafiə qüvvələri “kütləvi hava hücumunu” dəf etməyə davam edir.

Noyabrın 2-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri (USQ) 7 rayona hücuma cəhd edib. Ümumilikdə Ukraynaya məxsus 24 pilotsuz uçuş aparatı ələ keçirilib. Hava hücumundan müdafiə sistemləri Kursk və Bryansk vilayətləri üzərində hər biri 8 pilotsuz uçan aparatı, Oryol vilayəti üzərində üç, Belqorod vilayəti üzərində iki, Rostov və Nijni Novqorod vilayətləri, eləcə də Krım üzərində hər birində bir pilotsuz təyyarə vurub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN