Almaniyanın “Die Zeit” qəzeti yazır ki, siyasi məsləhətçilər səviyyəsində bir sıra görüşlər keçirilib və bu görüşlərdə guya Rusiya və Ukrayna mümkün qarşılıqlı güzəştləri müzakirə ediblər.
Tezadlar.az “RT”-yə istinadən xəbər verir ki, xüsusilə, “Die Zeit”-in məlumatına görə, enerji infrastrukturu obyektlərinə hücumlardan imtina etmək, məhbus mübadiləsi və uşaqların geri qaytarılması məsələsi nəzərdən keçirilir.
Bundan əlavə, görüşlərdə taxıl sövdələşməsinin bərpası müzakirə olunub, - nəşr qeyd edir.
Alman qəzeti yaıb ki, ayrı bir bənd kimi, guya Krımın gələcək taleyi müzakirə olunub, - “Moskovski Komsomolets2 yazır.
Materialda G7 ölkələrinin və Çinin iştirakı ilə Kopenhagen, Kiyev, Davos, Ciddə və digər şəhərlərdə keçirilən görüşlər barədə məlumat verilir.
Məqalə müəllifləri əminliklərini ifadə ediblər ki, bu gün Rusiya və Ukrayna arasında sülh danışıqlarını gözləmək yox, onların nə vaxt və necə baş tutacağı məsələsidir.
“Əvvəlki diplomatik cəhdlərin bəziləri uğursuzluğa düçar oldu... Digərləri hər iki tərəfin uğuru ilə nəticələndi və sonda belə qənaətə gəldilər ki, diplomatiya gizli şəkildə həyata keçirildikdə daha uğurlu olur”, – “Regnum” xəbər agentliyi materialın mətnindən sitat gətirir.
Xatırladaq ki, “Financial Times” ukraynalı diplomata istinadən Rusiya və Ukraynanın Qətərin vasitəçiliyi ilə guya enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı danışıqlara başladığını bildirib.
“Washington Post”un məlumatına görə, Rusiya və Ukrayna enerji infrastrukturuna hücumlara son qoymaq üçün Qətərə daha əvvəl nümayəndə heyətləri göndərməyi planlaşdırırdılar, lakin Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumundan sonra Moskva bu görüşdən imtina edib.
Bununla belə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva və Kiyev enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı gizli danışıqlar aparmayıb.
E.ŞİRİNOV