Hindistanın Uttarxand əyalətinin Almora rayonunda avtobus dərəyə düşüb. Qəza nəticəsində azı 36 nəfər həlak olub.

Tezadlar.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Kanal əyalətin baş naziri Puşkar Sinq Dhamidən sitat gətirib: "Almora bölgəsindəki Marchula şəhərində baş verən bədbəxt avtobus qəzasında sərnişinlər arasında həlak olanlar haqqında çox kədərli xəbərlər aldıq".

Avtobus təxminən 200 metr hündürlükdən dərəyə düşüb. 45 nəfərlik avtobus Qarxval bölgəsindəki Pauri şəhərindən Ramnaqar-Kumaona gedirmiş. Qəza təyinat məntəqəsindən təxminən 35 km aralıda baş verib.

Zərərçəkənlər təcili xəstəxanaya yerləşdirilib. Beş nəfər hələ də itkin sayılır.

Hadisə yerinə polis əməkdaşları və Dövlət Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Qəza yerində xilasetmə işləri davam edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN