Pelosi Donald Trampın prezident seçkilərində qələbə qazanmasına cavab olaraq respublikaçını təbrik etməyib, onun administrasiyası dövründə ölkənin uğurları üçün dua etməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, bu, onun X sosial şəbəkəsindəki səhifəsində yer alıb.

"Milyonlarla amerikalı Kamala Harris və Tim Valzın liderliyi və kampaniyası ilə fəxr edir. Onlar bizi ruhlandırır, onlara təşəkkür edirik və bilirik ki, onlar ölkəmizdə xeyirxahlıq üçün əlamətdar qüvvələr olmağa davam edəcəklər. Biz hamımız növbəti administrasiyada Amerikanın uğuru üçün dua edirik”, – Pelosi yazıb.

O, ölkədə hakimiyyətin dinc yolla ötürülməsinə ümid etdiyini bildirib və bunun ABŞ-da demokratiyanın təməl daşı olduğunu qeyd edib.

Demokratlar Partiyasını təmsil edən keçmiş spiker Nümayəndələr Palatasına rəhbərlik edib və iki dəfə Trampa impiçment elan edib. İlk impiçment cəhdi 2019-cu ildə onun Ukrayna prezidenti Vladimir Zelenskiyə şəxsi və siyasi maraqları naminə təzyiq etdiyi iddiaları ilə bağlı olub. 2021-ci ildə ikinci impiçment ABŞ Kapitolunda baş verən iğtişaşla əlaqədar "qiyama təhrik" üçün idi.

Bundan əlavə, Pelosi və Tramp 2024-cü il kampaniyası zamanı mütəmadi olaraq təhqirlər mübadiləsi edirdilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN