Gürcüstan prezidenti Salome Zurabişvili ölkənin Konstitusiya Məhkəməsinə (KM) müraciət edib.
Tezadlar.az bildirir ki, bu barədə TASS dövlət başçısının nümayəndəsinə istinadən xəbər verir.
Zurabişvili respublikada oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmış kimi tanınmasını tələb edib.
Noyabrın 16-da Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən parlament seçkilərinin yekun protokolunu dərc edib. Buna uyğun olaraq, qanunverici orqanda 150 mandatdan 89-nu alan respublikanın hakim partiyası “Gürcü arzusu – Demokratik Gürcüstan” qalib gəlib.
Bundan əvvəl Zurabişvili ölkədə keçirilən parlament seçkilərini tanımaqdan imtina edib. Gürcüstan prezidenti onların total saxtakarlıq etdiyini açıqlayıb və vətəndaşları mitinqə çıxmağa çağırıb.
E.ŞİRİNOV