Hərbi vəziyyət dövründə Ukraynada seçkilər olmayacaq.

Tezadlar.az xəbər verir ki, bunu prezident səlahiyyətləri mayın 20-dən sonra rəsmən başa çatan Vladimir Zelenski Ali Radaya özünün möhkəmlik deyilən planını təqdim edərkən deyib.

“Konstitusiya və qanunlar müharibə şəraitində seçkilərin keçirilməsinə icazə vermir”, - Radanın deputatı Yaroslav Jeleznyak öz Telegram kanalında onun sözlərini sitat gətirib.

Əvvəllər, o cümlədən Ukrayna təmsilçiləri tərəfindən seçkilərin 2025-ci ildə keçirilə biləcəyi ilə bağlı ehtimallar var idi.

Rusiya prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, Ukrayna indi öz Konstitusiya Məhkəməsinin 2014-cü ilin mayında prezidentlik müddətinin uzadılmasının mümkün olmadığı barədə qərarına susur.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN