Suxumidə Aslan Bjaniyanın respublika prezidenti vəzifəsindən istefasına baxılacaq Abxaziya parlamentinin iclası başlayıb.
Tezadlar.az TASS-a istinadən xəbər verir.
İclasa parlamentin sədri Laşa Aşuba sədrlik edir. Gündəliyə Abxaziya Respublikasının Prezidenti Aslan Bjaniyanın istefası ilə bağlı məsələ daxildir. İclasda 35 deputatdan 28-i iştirak edir.
Parlamentdə noyabrın 15-də baş verən iğtişaşlardan sonra avtomatik səsvermə və səslərin hesablanması sistemi pozulub. Bununla əlaqədar olaraq, Bjaniyanın istefası məsələsinə baxılacaq səsvermə gizli keçiriləcək. Bunun üçün 20 dəqiqə vaxt ayrılıb. Deputatlar onu həyata keçirmək üçün gediblər.
E.ŞİRİNOV