İtaliyanın Kiyevdəki səfirliyi, ABŞ və İspaniya səfirliklərinin ardınca, noyabrın 20-də bağlandığını elan etdi.
Tezadlar.az bildirir ki, İtaliya Xarici İşlər Nazirliyinin saytında “yüksək intensivlikli” hava hücumu təhlükəsi barədə məlumat verilib.
Bundan əvvəl ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynadakı amerikalılara irimiqyaslı hava hücumu təhlükəsi barədə xəbərdarlıq edib. Amerikanın xəbərdarlığı Ukraynanın bütün bölgələrinə təsir edib.
İspaniya səfirliyi daha sonra noyabrın 20-də ziyarətçiləri qəbul etməyəcəyini açıqlayıb. Diplomatlar bunu ölkə daxilində mümkün təhlükəsizlik təhdidləri ilə izah ediblər.
“Ehtiyat tədbiri olaraq Kiyevdəki səfirlik bu gün ictimaiyyət üçün bağlı qalacaq. Bununla belə, səfirlik fəaliyyətini davam etdirir”, - italyan diplomatların bəyanatında vurğulanıb.
E.ŞİRİNOV