Noyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı” mövzusunda tədbir keçirilib.
Komitədən Tezadlar.az-a verilən məlumata görə, tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Şahmar Verdiyev, Daşkəsən şəhər “Cümə” məscidinin imamı Əsəd Seyidov, hərbi hissənin şəxsi heyəti iştirak edib.
Əvvəlcə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs edilib. Natiqlər belə tədbirlərin gənclərimizdə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.
R.XUDATQIZI