ABŞ noyabrın 20-də Kiyevə 275 milyon dollar dəyərində yeni hərbi yardım paketini elan edəcək.

Tezadlar.az bildirir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin məlumat verib.

"Bu gün (noyabrın 20-də) Ağ Ev Ukraynaya 275 milyon dollar məbləğində əlavə hərbi yardım elan edəcək", - o, CNN-ə istinadən jurnalistlərə bildirib.

Ostinin qeyd edib ki, yeni paketə raket sistemləri, artilleriya və tank əleyhinə silahlar üçün sursatlar daxil olacaq.

Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild dünya təşkilatının Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Vaşinqton yaxın günlərdə Kiyevə hərbi yardımın yeni partiyasını elan etməyi planlaşdırır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN