Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order vermək qərarını “cəsarət” adlandırıb. O əlavə edib ki, qərarın icrası çox vacibdir.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS yazır.

21 noyabr 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Benyamin Netanyahu və İsrailin işdən çıxarılan müdafiə naziri Yoav Qalantın həbsinə order verib. BCM qərarın 8 oktyabr 2023-cü il və 20 may 2024-cü il tarixləri arasında törədilmiş “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə əlaqədar verildiyini izah edib.

Türkiyə dövlət başçısı qeyd edib ki, Ankara Fələstin dövlətinin tanınması üçün beynəlxalq arenada bütün qüvvələri səfərbər edib və İsrailin Fələstində soyqırımının qarşısının alınmasına yönəlmiş məcburi tədbirlərin sürətlə görülməsi üçün səylərini davam etdirir.

BMən BCM-nin Netanyahu və keçmiş müdafiə naziri Yoav Galant üçün həbs orderi vermək qərarına dəstəyimizi ifadə etmək istərdim. Biz bu cəsarətli qərarın həyata keçirilməsini vacib hesab edirik”, - deyə Ərdoğan bildirib.

Daha əvvəl Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner demişdi ki, BCM-nin Netanyahu və Rusiya prezidenti Vladimir Putin üçün həbs orderləri ilə bağlı vəziyyət “əhəmiyyətli dərəcədə fərqlidir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN