Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 28-də Astanada keçirilməsi planlaşdırılan sammitində iştirakdan imtina edib.
Tezadlar.az “24 News” portalına istinadən xəbər verir ki, Ermənistan hökuməti sədrinin mətbuat katibi Nazeli Baqdasaryanın sözlərinə görə, “Ermənistan Respublikasının KTMT-nin fəaliyyətində iştirakının dondurulması ilə bağlı mövqeyi dəyişməyib”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da sammitə getməmək qərarına gəlib.
Qeyd edək ki, Paşinyan 2024-cü ilin fevralında İrəvanın KTMT-nin işində iştirakının dondurulduğunu bəyan edib. O hesab edib ki, 2020-ci ildə Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi ilə əlaqədar təşkilat öz öhdəliklərini yerinə yetirməyib.
E.ŞİRİNOV