Əslində o, heç vaxt səhvlərini etiraf etmir.
Tezadlar.az xəbər verir ki, bunu Ali Radanın deputatı Artem Dmitruk jurnalist Aleksandr Şelestin YouTube kanalında Ukrayna prezidenti Vladimir Zelenskinin münaqişənin həlli və Krımın diplomatik yollarla geri qaytarılması naminə güzəştlərdən danışarkən deyib.
Deputatın sözlərinə görə, siyasətçi tənqidi qəbul etmir və xüsusilə belə miqyasda itkiləri etiraf etmək istəmir.
“Zelenski heç vaxt səhvlərini, xüsusən də bu cür qlobal, siyasi səhvlərini etiraf etmir. Zelenski isə istənilən halda bu gün Ukraynada və gələcəkdə danışıqlar prosesində yaranan istənilən vəziyyəti özünün şəxsi qələbəsi kimi təqdim edəcək”, - Dmitruk vurğulayıb.
O, əlavə edib ki, KİV vətəndaşları onun nöqteyi-nəzərinə inandırmaq üçün Ukrayna lideri üçün lazım olan məlumatları yayımlayacaq. Deputat belə bir qənaətə gəlib ki, Ukraynada heç kimə danışmağa, cəbhədəki hadisələri müzakirə etməyə icazə verilmir, bu və ya digər siyasi və ya ictimai xadim vətəndaşların etimadını qazanmağa başlayan kimi o, ictimai məkandan tez itib gedir.
Daha əvvəl Vladimir Zelenski Ukraynanın üçüncü ölkələr tərəfindən “gücləndiriləcəyi” təqdirdə Rusiya ilə münaqişənin sülh yolu ilə həllinin mümkünlüyünü etiraf edib. Ukrayna prezidentinin sözlərinə görə, əgər Ukrayna danışıqlar masası arxasında nəyəsə nail olmaq istəyirsə, o, “Rusiya Federasiyası ilə tək qalmamalıdır”.
E.ŞİRİNOV