Energetika Nazirliyində Azərbaycan dilinin orfoepiya və orfoqrafiya qaydaları ilə bağlı maarifləndirmə işinin aparılması, əməkdaşların nitq bacarıqlarının artırılması məqsədi ilə "Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması" mövzusunda təlim keçirilib.
Tezadlar.az xəbər verir ki, “Diksiya Akademiyası” MMC-nin rəhbəri Cəlalə Nəzəroğlunun təqdimatında baş tutan təlimdə effektiv ünsiyyət metodları, ictimai çıxışlarda həyəcanı ram etmək yolları, düzgün nəfəsalma, danışıq qaydaları, dilimizin normalarına uyğun olmayan anlayışlar və mövzu ilə əlaqədar digər praktiki məlumatlar verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Təlimdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 28 əməkdaşı iştirak edib.
R.XUDATQIZI