Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 5-də Xaçmaz şəhəri “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsini ziyarət edib.
Tezadlar.az xəbər verir ki, kilsə ilə tanışlıqdan sonra burada fəaliyyət göstərən din xadimləri ilə söhbət zamanı Ramin Məmmədov dövlətimizin multikulturalizm və dövlət-din münasibətləri sahəsində əldə etdiyi nailiyyətlərə diqqət çəkib. Qeyd edib ki, Azərbaycanda müxtəlif dinlərə aid ibadət yerlərinin təmir edilməsi və bərpası, mütəmadi olaraq dini qurumlara maddi yardım ayrılması dövlətin dini dəyərlərə həssas münasibətini əks etdirir. Ölkəmizdə bütün xalqların nümayəndələrinə yüksək diqqət və qayğı ilə yanaşılır, mənəvi dəyərlərinin qorunması sahəsində mühüm addımlar atılır.
Görüş zamanı din xadimləri Azərbaycan hökumətinin tolerantlıq və multikulturalizm siyasətini dəstəklədiklərini, bu sahədə görülən işləri yüksək qiymətləndirdiklərini vurğulayıblar.
R.XUDATQIZI