“Batumidə bir hissəsi çökmüş binanın dağıntıları altında 10-15 nəfər insan var”.

Bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında bildirib.

Hadisə yerində olan nazirin sözlərinə görə, onların ikisi xilasediciləri köməyə çağırır.

V.Qomelauri qeyd edib ki, hadisənin dəqiq səbəbi bilinməsə də, ilkin səbəb kimi binanın birinci mərtəbəsində aparılan təmir işləri göstərilir. O, hadisənin qaz sızması nəticəsində baş verməsini istisna edib.

Nazir deyib ki, xilasetmə işlərinə 200-ə yaxın xilasedici və xüsusi texnika səfərbər olunub.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN