Dnestryanı Ali Şura tanınmamış respublikanın prezidenti Vadim Krasnoselskinin Rusiya qazının Ukrayna ərazisindən nəqli ilə bağlı qeyri-müəyyənlik səbəbindən iqtisadi fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında fərmanını təsdiqləyib.
“Ali Şura Pridnestroviya Moldova Respublikası Prezidentinin Dnestryanıda fövqəladə iqtisadi vəziyyətin tətbiqi haqqında fərmanını təsdiqləyib”.
Tezadlar.az bildirir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti öz Telegram kanalında məlumat verir.
Bu qərar respublikaya təbii qazın nəqlinin dayandırılması və ya azalması riski ilə bağlı mümkün enerji böhranı ilə əlaqədardır.
PMR-də fövqəladə iqtisadi vəziyyət rejimi Ali Şuranın qərarının PMR Ədliyyə Nazirliyinin saytında dərcindən altı saat sonra qüvvəyə minir.
Əhalisinin 60%-i rus və ukraynalı olan Dnestryanı bölgə hələ SSRİ-nin dağılmasından əvvəl Moldovanın millətçilik dalğasında Rumıniyaya qoşulacağından ehtiyat edərək Moldovadan ayrılmaq istəyirdi. 1992-ci ildə Moldova hakimiyyətinin problemi güc yolu ilə həll etmək uğursuz cəhdindən sonra Dnestryanı Kişinyovun faktiki olaraq nəzarəti altında olmayan əraziyə çevrildi.
E.ŞİRİNOV