Kiyev meriyası “Vətən” abidəsinin yanındakı ölkənin əsas bayrağının götürülməsinə göstəriş verib. Administrasiya bu qərarın güclü küləklə əlaqədar verildiyini izah edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” yazır.
Daha əvvəl bildirilmişdi ki, dekabrın 13-nə keçən gecə küləyin sürəti saniyədə 15-20 metrə çatacağı gözlənilir.
"Kiyevdə hava şəraitinin proqnozlaşdırılan pisləşməsi ilə əlaqədar ölkənin ən böyük bayrağı götürüləcək", - meriyanın məlumatında deyilir.
Rəsmilər hava şəraiti yaxşılaşdıqdan sonra bayrağın öz yerinə qaytarılacağını izah ediblər.
Xatırladaq ki, ötən gün güclü külək əsas dövlət bayrağını cırıb və onun parçalarını postamentin ayağına atıb.
E.ŞİRİNOV