Koreya Respublikasının altı müxalifət partiyası parlament aparatının müvafiq orqanına müvafiq təklif təqdim edərək, ölkə prezidenti Yoon Seok-yeolun impiçment prosedurunu yenidən başladıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Təşəbbüs parlamentin cümə günü keçiriləcək plenar iclasında təqdim olunacaq və səsvermənin özünün şənbə günü keçirilməsi gözlənilir. Qanuna görə, səsvermə plenar iclasa çıxarıldıqdan sonra ən geci 24 saat və 72 saatdan gec olmayaraq keçirilməlidir. Əvvəllər müxalifət hər həftə dövlət başçısının vəzifəsindən kənarlaşdırılması məsələsini qaldırmağa hazır olduğunu bəyan edirdi.
Təşəbbüs ötən dəfə olduğu kimi, 191 deputatın adından müvafiq quruma təqdim olunub. Parlamentdə 300 yer var, onlardan biri formal olaraq neytral spikerə məxsusdur. Hakim partiyanın 108 mandatı var.
Dekabrın 12-də səhər prezident faktiki olaraq könüllü istefa verməkdən imtina edib və impiçment proseduruna hazır olduğunu bildirib.
E.ŞİRİNOV