Ukrayna etiraf edib ki, taktiki aviasiya pilotu “xarici istehsallı məhvetmə vasitələrindən” istifadə edib.
Tezadlar.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Telegram-kanalında məlumat verilib.
"Bu gün Ukrayna Hərbi Hava Qüvvələrinin 299-cu taktiki aviasiya briqadasının pilotu olan gənc ukraynalı pilot döyüş tapşırığından qayıtmayıb", - Ukrayna ordusunun bəyanatında deyilir.
"Hərbi-Hava Qüvvələrinin taktiki aviasiya pilotları bütün xaricdə istehsal olunan silahlardan istifadə etməklə öz imkanları həddinə qədər işləyirlər", - Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri bildirib.
Ukrayna hərbçiləri hansı xarici silahları nəzərdə tutduqlarını və vurulan təyyarənin adını açıqlamayıblar.
Xerson vilayətinin qubernatorunun mətbuat katibi Vladimir Vasilenko TASS-a bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Ukrayna Silahlı Qüvvələrinin (USQ) taktiki təyyarəsini Xersonun şimalında vurub. Bundan əvvəl qubernator Vladimir Saldo Xerson vilayətində aviasiya təhlükəsi elan etmişdi. Əməliyyat xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
E.ŞİRİNOV