Tbilisi meri Kaxa Kaladze müxalifətin mitinqinə görə Gürcüstanın parlament binası yaxınlığındakı əsas Yeni il ağacında işıqlandırmanın yandırılmasının ləğvi barədə qərar qəbul etdiyini açıqlayıb.
Tezadlar.az onun sözlərini yerli mərbuatdan sitat gətirib.
“Radikal müxalifət uşaqlar üçün nəzərdə tutulan yeri tutub, səhnəyə şüşə butulkalar da atıblar... Bu fonda biz bu tədbirə gəlmək istəyən vətəndaşlarımızı dağılışmağa çağırırıq”, - Kaladze bildirib.
O qeyd edib ki, bayram tədbirinin təxirə salınmasına qərar verilib. Şəhər meri bunun “radikal müxalifət uşaqlara yer ayırdığı zaman” baş verəcəyini qeyd edib.
Bundan əvvəl Gürcüstanın hazırkı rəhbəri Salome Zurabişvili ilk dəfə ölkədə keçirilən prezident seçkiləri barədə danışıb.
E.ŞİRİNOV