Suriyanın Heyət Təhrir Əl-Şam qruplaşmasının rəhbəri və müxalifət lideri Əbu Məhəmməd əl-Culani İsrail hərbçilərini respublikaya qanunsuz hücumda ittiham edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “İnterfaks” yazıb.

Əl-Culaninin sözlərinə görə, yəhudi dövlətinin hakimiyyəti Suriya sərhədini pozmaq üçün saxta bəhanələrdən istifadə edir. İsrailin irəli sürdüyü arqumentlər “zəif”dir və onun hərəkətlərinə haqq qazandırmır.

Suriya müxalifətinin lideri həmçinin qeyd edib ki, yəhudi dövləti artıq “Suriya ilə bağlı icazə verilən sərhədləri keçib”. Bu səbəbdən Yaxın Şərq əsassız eskalasiya təhlükəsi ilə üz-üzədir.

Əl-Culaninin deyib ki, hazırda respublikanın yeni rəhbərliyi üçün prioritet ölkənin bərpasıdır. Bununla əlaqədar olaraq o, diplomatik həll yollarını regionda təhlükəsizliyin təmin edilməsinin yeganə yolu adlandırıb və həmçinin “düşünülməmiş hərbi macəralardan” çəkinməyə çağırıb.

Qeyd edək ki, dekabrın əvvəlində Suriya müxalifətinin silahlı dəstələri Dəməşq şəhərini nəzarətə götürüb, bundan sonra ölkə prezidenti Bəşər Əsəd səlahiyyətlərini geri götürərək respublikanı tərk edib. O vaxtdan bəri İsrail əsgərləri Suriyadakı hərbi və digər hədəflərə 500-dən çox zərbə endirib və bunu yerli müxalifəti silahlardan məhrum etmək zərurəti ilə izah ediblər.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN