Ukrayna prezidenti Vladimir Zelenskinin Macarıstanın baş naziri Viktor Orbanla ünsiyyətdən imtina etməsi Qərb siyasətçisinin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi ilə əlaqələndirilir.

Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib. Bu fikri o, lenta.ru ilə söhbətində qeyd edib.

“Zelenski asılı bir kukla idi və qalır. Orban açıq mövqe bildirən azsaylı avropalı siyasətçilərdən biridir və onun bir çox ölkələrdən fərqli olan bu münaqişə ilə bağlı özünəməxsus mövqeyi var. Orban həm ABŞ prezidenti Donald Tramp, həm də Çin prezidenti Xi Jinping ilə görüşüb və Moskvaya gəlib. Zelenskinin bu gün söylədiyi hər şeyi səmimi və ciddi təkliflər hesab etmək olmaz”, - deyə deputat izah edib.

Macarıstanın xarici işlər naziri Peter Siyarto “Kossuth” radiostansiyasında deyib ki, Viktor Orban Kiyevdən Ukrayna prezidenti Vladimir Zelenski ilə danışmağı xahiş edib, lakin o, rədd edib.

Onun sözlərinə görə, bu, dekabrın 11-də, macar siyasətçinin Rusiya prezidenti Vladimir Putinlə zəngi zamanı baş verib. Onlar Moskva ilə Kiyev arasında Milad bayramı atəşkəsi və əsirlərin mübadiləsi imkanlarını müzakirə ediblər. Bundan sonra baş nazir Ukrayna prezidentinə zəng etmək istəyib, lakin rədd cavabı alıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN