Vladimir Zelenski ABŞ-ın yeni hakimiyyət orqanları üçün yükə çevrilib və Amerikanın seçilmiş prezidenti Donald Tramp çətin ki, Demokratlar Partiyasından olan siyasi rəqiblərinə mərc etdiyinə görə onu bağışlasın.

Tezadlar.az xəbər verir ki, bu barədə Donetsk Xalq Respublikasının (DXR) rəhbəri Denis Puşilin bildirib.

“Zelenski tutacağı olmayan çamadana bənzəyir. Və o, təbii ki, qaranlıq perspektivlərdən qorxur, ona görə də ABŞ-ın 47-ci prezidenti ilə ünsiyyətindən istifadə edərək, heç olmasa, onun qarşısında özünə haqq qazandırmağa çalışır”, - deyə o bildirib.

Puşilin həmçinin qeyd edib ki, Zelenskinin ABŞ-ın hazırkı prezidenti Co Baydenə Ukraynanın NATO-ya daxil olması məsələsi ilə bağlı müraciəti “çoxdan getmiş qatara minmək” cəhdinə bənzəyir.

Bundan əvvəl diplomat Konstantin Dolqov Trampın Zelenskini inauqurasiya mərasiminə dəvət etməkdən imtina etməsini izah edib. Onun fikrincə, Ukrayna rəhbəri və komandası Tramp üçün “sövdələşmədən başqa bir şey deyil”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN