İsrailin Yəmənə endirdiyi hava zərbələri nəticəsində azı 9 nəfər həlak olub.
Tezadlar.az xəbər verir ki, bu barədə Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarının nəzarətində olan Al Masirah telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Es Salif limanına hava hücumu zamanı 7 nəfər həlak olub. Əl-Hodeyda əyalətinin Ras İsa bölgəsindəki neft obyektinə hava hücumları nəticəsində daha iki nəfər həlak olub.
Bundan əvvəl həmin telekanal Sənada iki mərkəzi elektrik stansiyasının bombalandığı barədə məlumat vermişdi.
Öz növbəsində, İsrail ordusu Sənadakı limanlar və enerji infrastrukturu da daxil olmaqla, üsyançı hədəflərə qarşı hava hücumlarını təsdiqləyib.
Ordunun mətbuat xidmətinin məlumatına görə, “İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları kəşfiyyat və dəniz qüvvələrinin göstərişi ilə Yəmənin qərb sahillərində və ərazisinin dərinliklərində husi terror rejiminə məxsus hərbi hədəflərə zərbələr endirib”.
Bundan bir qədər əvvəl hərbçilər Yəməndən atılan raketi ələ keçirdiyini açıqlamışdı. İsrail dəfələrlə xəbərdarlıq edib ki, öz ərazisinin davam edən atəşə tutulmasını cavabsız qoymaq niyyətində deyil.
E.ŞİRİNOV