Aktauda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 38 nəfərin hamısının cəsədi tapılıb, onlardan 7-nin şəxsiyyəti müəyyən edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ölənlərin altısı Qazaxıstan vətəndaşı və üç ekipaj üzvü olmaqla 38 nəfərin cəsədi aşkar edilərək Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib”, – məlumatda deyilir.

Departament əlavə edib ki, Rusiya Federasiyası Mərkəzi Əməliyyat Qərargahının qrupları tərəfindən təbii fəlakət yerində xilasetmə işləri davam etdirilir.

Xəbər verildiyi kimi, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzadan sonra təyyarə yanmağa başlayıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Respublika Nəqliyyat Nazirliyi əlavə edib ki, onların arasında 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı var.

Daha əvvəl xəbər verildiyi kimi, 32 nəfər sağ qalıb və xəstəxanaya yerləşdirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN