ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində hərbçilərə Somalidə “İslam Dövləti” terror təşkilatının liderlərindən birinə hədəfli zərbə endirməyi əmr etdiyini bildirib.

“Bu səhər mən İŞİD-in güclü hücum təşkilatçısına və onun Somalidə topladığı və rəhbərlik etdiyi digər terrorçulara qarşı dəqiq hava hücumları əmrini verdim”, - deyə o yazıb.

Tezadlar.az xəbər verir ki, Tramp “bu qatillərin ABŞ və müttəfiqlərini təhdid etdiyini” vurğulayıb. Ağ Ev rəhbəri vurğulayıb ki, Birləşmiş Ştatlar “yaşadıqları mağaraları dağıtmağa və bir çox terrorçunu məhv etməyə müvəffəq olub”.

Amerika lideri qeyd edib ki, yuxarıda adı çəkilən İD liderinin axtarışı uzun illərdir ki, davam edir, lakin ABŞ-ın əvvəlki prezidenti Co Baydenin administrasiyası “kifayət qədər tez hərəkət etmədi”.

"Mən etdim!" – Tramp yazıb.

Bir gün əvvəl Amerikanın “The New York Times” qəzeti Somalidəki “İslam Dövləti” terror təşkilatının hədəflərinə hava zərbələrinin Donald Trampın ölkə prezidenti vəzifəsinə başlamasından sonra ABŞ-ın ilk iri əməliyyatı olduğunu yazmışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN