Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə mətbuata açıqlama verən Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakini Ramil Mustafayev, Bakı şəhər sakini Kamal Mehtiyev olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
B.Məhəmmədovun sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 560 metr uzunluğunda sintetik tor yığışdırılıb: "Eyni zamanda, ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən Masallı rayon sakinləri Şiralı Qəmbərov, Rasim İsmayılov, Tovuz rayon sakini Nofəl Qurbanov, İmişli şəhər sakini Cahət Hüseynov, Saatlı rayon sakinləri İlqar Qurbanov, Laçın Mürsəlov, Yevlax rayon sakini Eldar Əliyev saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı akt, protokol tərtib olunub və brakonyerlər ümumilikdə 7000 manat məbləğində cərimə edilib".
E.ŞİRİNOV