Meksikada yük maşınının altı avtomobilə çırpılması nəticəsində 19 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bu barədə ölkənin Federal Yollar və Körpülər İdarəsi məlumat yayıb.
Bildirilib ki, faciəyə səbəb olan yük maşınının sürücüsü də həlak olub: “Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləri davam etdirir, magistralda hər iki istiqamətdə nəqliyyatın hərəkəti bağlanıb”.
Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ilə bağlı heç bir məlumat verilməyib.