Avropa İnsan Haqları Məhkəməsi 2014-cü ildə Gürcüstanın Adigen bələdiyyəsinin Moxe kəndində məscidin sökülməsinə etiraz edən vətəndaşların hüquqlarının polis tərəfindən kobud şəkildə pozulduğunu təyin edib.

Gürcüstan KIV-nin məlumatına görə, bu barədə Avropa İnsan Haqları Məhkəməsinin qərarında qeyd olunub. Qərara əsasən, məscidin sökülməsinə etiraz edən müsəlmanlara qarşı polisin güc tətbiq etdiyi və onların əsassız səbəbdən həbs edildiyi təsdiq olunub. Məhkəmə, Gürcüstan hökumətinə etirazlar zamanı hüquqları pozulan 1 nəfərə 3 900 avro, 3 nəfərə isə 1 800 avro təzminat verməli olduğunu bildirib.

Xatırladaq ki, 2014-cü il oktyabrın 22-də Samçxe-Cavaxetiyanın Adigeni bələdiyyəsinin Moxe kəndindəki tarixi məscidin sökülməsi zamanı polis məscidin yaxınlığında toplaşaraq etiraz aksiyası keçirən ümumilikdə 14 müsəlmanı həbs edib. Qeyd edək ki, Moxe kəndində həm müsəlmanlar həm də xristianlar yaşayır. Müsəlmanlar 1975-80-ci illərdə Moxedə məskunlaşıblar. Onlar kənddəki məscidin 1927-34-cü illərdə Ahıska müsəlmanları tərəfindən tikildiyini deyirlər. Mübahisəli bina 1957-ci ildən klub statusunda olub, sovet dövründə uzun müddət anbar, kitabxana və kənd klubu kimi istifadə olunub. 2014-cü ildə Moxe sakinləri binanın Dini İdarəyə təhvil verilməsi üçün yerli hakimiyyət orqanlarına müraciət etdikdən sonra kənddə vəziyyət gərginləşib. Bu hekayədən sonra xristian əhalinin etirazları baş verib. Pravoslav Kilsəsinin Patriarxlığı 16-cı əsrdə həmin ərazidə xristian kilsəsi olduğunu buna görə də o binanın xristianlara verilməli olduğunu bildirib.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN