Ermənistan polisi İrəvanda küçə və körpüləri bağlayan 18 nəfər fəalın həbs edildiyini bildirib. Nazirliyin mətbuat xidməti xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanın Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına başlanması ilə bağlı sənədi imzalamaqdan imtina etməyi tələb ediblər.

“İrəvanda küçə aksiyaları zamanı polisin qanuni tələblərini yerinə yetirməkdən boyun qaçıran 18 nəfər saxlanılıb”, - deyə  məlumatda deyilir.

Qeyd olunur ki, iştirakçılar günün ikinci yarısında Nazirlər Kabinetinin binasında mitinq təşkil etməyi planlaşdırırlar.

Xatırladaq ki, bu gün  səhərdən Ermənistanın paytaxtı İrəvanda  etiraz aksiyaları başlayıb.

 Aksiyalar şəhərin müxtəlif yerlərində keçirilir. Aksiyanın təşəbbüskarları siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də ayrı-ayrı şəxslərdir.

Qeyd edək ki, ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı bəyanatla başa çatıb.

Bu gün İrəvanda aksiyaları təşkil edən bəzi qüvvələr, hələ də 10 noyabr bəyanatını etirazlarla əngəlləyə biləcəkləri düşüncəsindədirlər. 

Amma anlamırlar ki, bu bəyanatı Ermənistan tərəf ağ bayraq qaldıraraq imzalayıb və Azərbaycan haqlı mövqeyindən heç zaman geri çəkilməyəcək.  

Həmçinin bir neçə gün öncə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə qeyd edib ki, Rusiya bu məsələdə lazımı məsləhət yardımı göstərməyə hazırdır: “Biz əvvəlki kimi hesab edirik ki, sərhəddəki problemin uzunmüddətli həlli sərhədlərin delimitasiyasi və demarkasiyası ilə bağlı danışıqlar prosesinə başlamaqdır. Biz bu prosesə lazımi məsləhət yardımı etməyə hazırıq”. Baş nazirin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupun bu günlərdə Moskvada keçirilmiş iclasına toxunan XİN sözçüsü qeyd edib ki, tərəflər Cənubi Qafqazda nəqliyyat və təsərrüfat əlaqələrinin açılmasına yanaşmanın praktiki müzakirəsinə qayıtmağa nail olub: “Qrup fəaliyyətini bərpa edib. Avqustun 17-də Moskvada üçtərəfli işçi qrupun iclası keçirilib. Biz məmnunluqla qeyd edirik ki, tərəflər Cənubi Qafqaz regionunda təsərrüfat və nəqliyyat əlaqələrinin açılmasına yanaşmaların praktiki müzakirəsinə qayıtmağa nail olublar”.

Göründüyü kimi, Rusiya da öz mövqeyini bildirib... 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN