Azərbaycanın tanınmış neyrocərrahı, hərbi həkim Azər Əkbərov vəfat edib.

Apa xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, həkim uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

Mərhum bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, A. Əkbərov Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında Cərrahiyyə ixtisası üzrə ixtisaslaşıb. Daha sonra Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında neyrocərrahiyyə üzrə uzmanlıq təhsili alıb. Tibb xidməti mayoru olub, hərbi həkim kimi fəaliyyət göstərib. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, Respublika Diaqnostika Mərkəzində çalışıb. A. Əkbərov 44 günlük Vətən müharibəsində hərbi həkim kimi fəaliyyət göstərib.

TEZADLAR.AZ

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN