Xəbər verdiyimiz kimi, bəzi naşı erməni politoloqlar varlıqlarını faşist Njdeni gündəmə gətirməklə sübut etməyə çalışırdılar...

Belə ki, onlar Rusiyanın paytaxtı Moskvada erməni faşist Qaregin Njde haqqında çəkilən filmi nümayiş etdirməyə çalışırdılar. Lakin Rusiyalı müharibə veteranların sərt etirazları sayəsində bunun qarşısı alınıb. Filmin nümayişi qadağalanıb. Bu barədə “Regnum” agentliyi məlumat yayıb. Bildirilib ki, filmin nümayiş edildiyi məkana polis gəlib və seans dayandırılıb. Polis nümayəndələri 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və filmə tamaşa etməyə gələnləri dağıdıblar. Xatırladaq ki, Rusiya veteranları Rusiya Erməniləri İttifaqının faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusunun gününü qeyd etmək təşəbbüsünə qarşı çıxıblar. Şübhə yoxdur ki, ermənilər həmin filmin başqa məkanlarda nümayişinə çalışacaqlar. Lakin Rusiyalı politoloqlar da haqlı sual verirlər ki, əgər bu film ermənilərə lazımdırsa, buyursunlar, Ermənistanda təqdim etsinlər, Rusiyanı belə çirkin işlərə qatmasınlar...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN